Advertisment

Bu məşhurlar fəxri ad almaq üçün nazirə müraciət etdilər – SİYAHI/FOTO

 

Mədəniyyət naziri Adil Kərimli aprelin 4-də Azərbaycan Milli Kitabxanasında vətəndaşları qəbul edib.  

Müraciət edənlər arasında şou-biznesin tanınmış simaları yer alıb.

Onlar arasında Xalq artisti Əli Nur, Əməkdar artistlər Əkbər Əlizadə, Rəhman Məmmədli, Rühəngiz Allahverdiyeva, Dilarə Əliyeva, Almaz Ələsgərli, Xəyyam Mustafazadə, Təranə Vəlizadə, Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev və digər məşhurlar olub. 

Müraciətlər, əsasən, yaradıcı əməyin qiymətləndirilməsi, mədəniyyət və incəsənət xadimlərinə fəxri adların, fərdi təqaüdlərin verilməsi, sahə ilə bağlı təklif, işlə təmin olunma və digər məsələlərlə bağlı olub.  

Bütün müraciətlər dinlənildikdən sonra qaldırılan məsələlər müvafiq qaydada qeydə alınıb və bu məsələlərin qanunvericiliyə uyğun həlli barədə struktur bölmələrin rəhbərlərinə tapşırıqlar verilib.