Advertisment

Ermənistan tərəfinin Qazaxın 4 kəndini qaytarmaq niyyətində olmadığını aşkar şəkildə müşahidə edirik – Hərbi ekspert

“Ermənistanın Azərbaycana aid ərazilərdən olan 4 kəndi qaytarması 5 aprel görüşünədək daha aktual və gözlənilən idi”.

Bu fikirləri Herbiand.az-a hərbi ekspert Ədalət Verdiyev deyib. Onun sözlərinə görə, hazırda isə Avropa İttifaqı və ABŞ ilə imzalanan paktdan sonra Ermənistan daha əvvəl gündəmə gətirdiyi məsələləri ikinci plana keçirib:

“Daha çox ABŞ-dan, Fransadan dəstək əldə etməyə və bu dəstək nəticəsində də Azərbaycana qarşı fəaliyyət göstərməyə meyilli görünür.

Qazaxın 4 kəndinin qaytarılmasını arzu edirik və tələb edirik. Reallıqda isə Ermənistan tərəfinin bu addımları atmaq niyyətində olmadığını da aşkar şəkildə müşahidə edirik”.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Qazaxla sərhəddə gəlib.  

 

Elnurə İSAXAN