Advertisment

Ərdoğan: Türkiyə terrorla mübarizədə Almaniyadan daha çox dəstək gözləyir

Türkiyə terrorla mübarizədə Almaniya hakimiyyətindən daha çox dəstək və həmrəylik gözləyir.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə birgə mətbuat konfransı zamanı bildirib.

O, həmçinin, iki ölkə arasında müdafiə sənayesində əməkdaşlığın dərinləşəcəyinə də inandığını vurğulayıb. Ərdoğan Qəzzada baş verənlərə toxunaraq, “atəşkəsin təmin edilməsi və Fələstin xalqına fasiləsiz və kifayət qədər humanitar yardımın çatdırılması üçün” ölkəsinin səylərini artırmağa davam edəcəyini əlavə edib.