Advertisment

Kamçatkada əcnəbilərə taksidə işləmək qadağan ediləcək

Kamçatkada yazın sonundan etibarən miqrantlara taksi sənayesində işləmək qadağan ediləcək.

Herbiand.az xəbər verir ki, bu barədə Rusiya vilayətinin rəhbəri Vladimir Solodov Telegram-kanalında məlumat verib.

“Xarici vətəndaşların taksidə işləməsini qadağan etmək qərarına gəldim. Qətnamə bu ilin yaz ayının sonunda qüvvəyə minəcək və Kamçatkada patentlə işləyən əcnəbilərə şamil ediləcək”, - o yazıb.

Qubernatorun sözlərinə görə, görülən tədbir taksi sənayesini daha təhlükəsiz edəcək: “Çox vaxt Kamçatkada taksilərdə işləyən qeyri-qanuni miqrantlar müxtəlif cinayətlər törədirlər”.

Qeyd edək ki, aprelin 15-də Novosibirsk vilayətində də miqrantların ticarət və şəxsi nəqliyyatda işləmək hüququ məhdudlaşdırılıb.

Bəxtiyar CƏFƏRLİ