Rusiya prezidenti Vladimir Putin, Belarus prezidenti Aleksandr Lukaşenko və Ermənistanın baş naziri Nikol Paşinyan telefon danışıqları aparıb.
APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, telefon danışıqları zamanı Qazaxıstanda hazırkı vəziyyət müzakirə olunub. Dövlət başçıları Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclasının yaxın vaxtlarda videokonfrans formatında keçirilməsi təklifinə dəstək ifadə ediblər.
Nikol Paşinyan bildirib ki, Ermənistan tərəfi KTMT-nin hazırkı sədri kimi bu tədbiri təşkil edəcək.