Advertisment
  • XƏBƏR
  • 08-01-2022 15:50

Azərbaycanda bir gündə 630 nəfər COVID-19-a yoluxub

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 630 yeni yoluxma faktı qeydə alınıb, 521 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 620 679 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 605 058 nəfər müalicə olunaraq sağalıb, 8 437 nəfər vəfat edib, aktiv xəstə sayı 7184 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 262, ötən müddət ərzində isə ümumilikdə 5 933 628 test aparılıb.



Oxşar xəbərlər