“Nəqliyyat inteqrasiyası region üçün böyük imkandır”.
Bunu bu gün Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev NATO Baş katibi Yens Stoltonberqlə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
Dövlət başçısı qeyd edib ki, Zəngəzur dəhlizi yalnız Azərbaycanın Naxçıvana giriş əldə etməsi üçün deyil: “Həmçinin Ermənistan üçün önəmlidir ki, Naxçıvan vasitəsilə İrana və Azərbaycan ərazisi vasitəsilə Rusiyaya dəmir yolu xətti əlaqəsi qursun. Bu gün onların bu əlaqəsi yoxdur. Bütün bunlar regionda müsbət atmosferin yaradılmasına xidmət edəcək və hər iki tərəfin maraqlarına cavab verir. Beləliklə düşünürəm ki, regionun sülhlə bağlı gələcəyinin planlaşdırılması üçün bu imkanın müvafiq şəkildə dəyərləndirilməsi vacibdir. Yenə də qeyd edirəm ki, biz artıq dəfələrlə bəyanatlar vermişik ki, sülh razılaşması üzərində işləmək istəyirik”.