Advertisment

Köçkünlərin Rusiyaya qayıtması normal prosesdir

Köçkünlərin Rusiyaya kütləvi şəkildə qayıtması normal prosesdir.

Herbiand.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.

O qeyd edib ki, bu, həm də biznesin inkişafı üçün daha əlverişli şəraitlə bağlıdır:

“Bu çox istiqamətli bir prosesdir və bir dəfə gedən ruslar bir müddət sonra geri qayıdırlar. Çünki bizimlə iş görmək daha maraqlıdır. Həmçinin imkanlarımız daha çoxdur və bunu öz evində etmək həmişə təhlükəsizdir”.

Peskov biznes üçün geniş imkanların Rusiya iqtisadiyyatının inkişaf dinamikası ilə təmin edildiyini diqqətə çatdırıb.

Elnurə İSAXAN