Advertisment

Rusiya Zelenskini və Poroşenkonu axtarışa verdi

Rusiya Daxili İşlər Nazirliyi Ukrayna prezidenti Vladimir Zelenskini və keçmiş prezident Pyotr Poroşenkonu axtarışa verib.

Bu barədə Rusiya DİN-nin məlumat bazasında məlumat yerləşdirilib.

“Vladimir Aleksandroviç Zelenski, 25 yanvar 1978-ci il. Cinayət Məcəlləsinin maddəsi ilə axtarışdadır”, -deyə Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin axtarış məlumat bazasında qeyd olunub.

Onun hansı cinayətə görə axtarışda olduğu açıqlanmayıb.

Məlumat bazasında axtarışda olan şəxsin doğulduğu yer də göstərilib. Zelenskinin Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərində doğulduğu qeyd olunub.

Rusiya DİN Zelenskini axtarışa verib - FOTO Rusiya DİN Zelenski və Poroşenkonu axtarışa verib - FOTO  - YENİLƏNİB