Advertisment

Estoniyada hərbçilərin “Bahar fırtınası” başlayıb

Estoniyada mayın 6-da respublikanın və müttəfiq qüvvələrin 14 minə yaxın hərbçisinin iştirakı ilə hərbi təlim başlayıb. Keçirilən ilin ən böyük hərbi təliminə “Bahar Fırtınası” adı verilib.

Herbiand.az bu barədə “İnterfaks”a istinadən bildirir.

Estoniya Müdafiə Qüvvələrinin Baş Qərargahının nümayəndələrinin verdiyi məlumata görə, təlimlər zamanı müttəfiqlərlə əməkdaşlıq əməliyyatları keçiriləcək. Həmçinin, silahlı qüvvələrin digər bölmələri və hərbi komandanlıqların iştirakı ilə müdafiə əməliyyatları tətbiq olunacaq.

Manevrlər mayın 6-dan 17-dək keçiriləcək.

“Bahar fırtınası” Estoniya Müdafiə Qüvvələrinin ən böyük illik təlimidir. Təlim zamanı hərbi əməliyyatların planlaşdırılması və icrası tətbiq edilir. Eyni zamanda, Estoniya və müttəfiq ölkələrin bölmələri arasında əməkdaşlıq gücləndirilir. Təlimlərdə müttəfiq ölkələrin hərbi qulluqçuları, çağırışçılar, ehtiyatda olan hərbçilər iştirak edir.

Bəxtiyar CƏFƏRLİ