Advertisment

Desant gəmisinin toqquşması nəticəsində yaralanan amerikalı dənizçilər xidmətə qayıdıblar

Məlum olduğu kimi, ötən həftə Florida sahillərində ABŞ Hərbi Dəniz Qüvvələrinin iki desant gəmisi toqquşmuşdu. Hadisə nəticəsində yaralanan dənizçilərdən 34 nəfəri xidmətə qayıdıb. Bir nəfər isə xəstəxanada müalicəsini davam etdirir, vəziyyəti stabildir.

Herbiand.az bildirir ki, bu barədə Navy Times məlumat yayıb.

Hadisə mayın 1-də baş verib. Jeksonvillya yaxınlığında təlim məşqi zamanı iki desant gəmisi toqquşub. Toqquşma nəticəsində “Uosp” universal desant gəmisinə və 24-cü dəniz piyadası ekspedisiya birliyinə təyin edilmiş 35 dənizçi yaralanıb.

ABŞ Hərbi Dəniz Qüvvələrinin rəsmiləri toqquşmanın səbəbini açıqlamayıblar. Hadisə ilə bağlı araşdırma aparılır.

Bəxtiyar CƏFƏRLİ