Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistan qarşısındakı bütün öhdəlikləri dəyişməz olaraq qalır.
Herbiand.az xəvər verir ki, bunu “Sputnik Ermənistan” multimedia platformasında keçirilən videokonfransda təşkilatın baş katibi İmanqali Tasmaqambetov deyib.
Onun sözlərinə görə, Ermənistanla struktur arasında bu yaxınlarda formalaşmış münasibətlər formatı ilk növbədə Ermənistanın hərbi-siyasi rəhbərliyinin qərarıdır. Məlum olduğu kimi, İrəvan struktura üzvlüyün dondurulduğunu elan edib, lakin eyni zamanda yekun sənədlərin qəbuluna etiraz etmir.
“Sputnik Ermənistan”ın sualını cavablandıran baş katib qeyd edib ki, İrəvanın məsələlərin müzakirəsində iştirak etməməsi strukturun effektivliyinə təsir göstərmir.
“...Buna baxmayaraq, biz Ermənistanın bizim müttəfiqimiz olmasından çıxış edirik və o, istənilən vaxt təşkilatın tam iştirakına qayıda bilər”.