Advertisment

Almaniya Fələstinin danışıqlarsız tanınmasına qarşıdır

Almaniyanın xarici işlər naziri Yohann Vadephul bəyan edib ki, Fələstinin tanınması iki dövlətli həll üçün danışıqların son mərhələsi olmalıdır. O, həmçinin qeyd edib ki, israillilərin və fələstinlilərin “sülh, təhlükəsizlik və ləyaqət içində yaşaması” üçün bu cür danışıqlar “indi başlamalıdır”.

Herbiand.az xəbər verir ki, bu barədə nazir sentyabrın 14-də BMT-də keçiriləcək müzakirələr üçün Nyu-Yorka yola düşməzdən əvvəl deyib.

Diplomat bəyan edib ki, “2023-cü il oktyabrın 7-də HƏMAS-ın terror aktından iki il keçməsinə baxmayaraq, hələ də münaqişədən çıxış yolu görünmür”. O, dərhal atəşkəsin, Qəzza zolağının sakinlərinə humanitar yardımın genişləndirilməsinin və girovların qeyd-şərtsiz azad edilməsinin vacibliyini vurğulayıb. Nazir yenə də İsrailin Qəzza şəhərinə hücumunu “tamamilə yanlış yol” adlandırıb.