Aİ-nin xarici işlər üzrə ali nümayəndəsi Kaya Kallas Ukrayna prezidenti Vladimir Zelenskinin Ukrayna Silahlı Qüvvələrinin iştirakı ilə Avropa ordusunu yaratmaq ideyasını dəstəkləməyib.
Herbiand.az bu barədə xarici mətbuata istinadən bildirir.
Kallas qeyd edib ki, hər bir Avropa ölkəsinin öz ordusu var və 23 ölkənin ordusu da NATO strukturlarının bir hissəsidir: “Buna görə də, mən Aİ ölkələrinin ayrıca Avropa ordusu yaradacağını təsəvvür edə bilmirəm. Bunlar artıq mövcud olan ayrı ordular olmalıdır. Mənim üçün tamamilə aydındır, ordunun çox aydın bir komandanlıq zəncirinə malik olması lazımdır ki, nəsə baş verdikdə kimin kimə əmr verdiyi aydın olsun. Əgər paralel strukturlar yaratsaq bu, sadəcə mənzərəni qarışdıracaq”.
Qeyd edək ki, Zelenski Münhen Təhlükəsizlik Konfransında Ukrayna Silahlı Qüvvələrinə əsaslanan Avropa ordusu ideyasını səsləndirib.
Bəxtiyar CƏFƏRLİ