Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Rusiya ilə Ukrayna arasında enerji atəşkəsi ilə bağlı xəbərlərə münasibət bildirməkdən imtina edib.
Herbiand.az xəbər verir ki, bugünkü brifinqdə Peskova Rusiya və Ukrayna arasında enerji atəşkəsi ilə əlaqədar ilkin razılığın əldə olunması ilə bağlı sual verilib.
Putinin sözçüsü sualı cavabsız qoyub.
Qeyd edək ki, bu gün Rusiya KİV-ləri hərbi müxbirlərə istinadən Moskva ilə Kiyev arasında enerji atəşkəsi ilə bağlı ilkin razılaşma əldə olunduğu haqqında məlumat yayıb. Məlumata görə, əldə olunan razılaşmaya əsasən, Rusiya və Ukrayna hərbçilərinə enerji infrastrukturlarına zərbə endirmək qadağan olunub.