Advertisment

Ruslar Ukraynanın elektron müharibə sistemlərindən yayınmaq üçün dronları aşağı hündürlüklərdə uçurmağa başlayıb

Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrinin elektron müharibə sistemlərindən yayınmaq üçün dronları son dərəcə aşağı hündürlüklərdə uçurmağa başlayıb.

Herbiand.a bildirir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin texnoloji müdafiə üzrə rəhbərinin müşaviri və “Fleş” ləqəbli Sergey Beskrestnov  Telegram kanalında yazıb.

O qeyd edib ki, Rusiya Silahlı Qüvvələri hazırda Ukrayna hərbi hədəflərini vurmaq üçün müxtəlif hiylələrdən istifadə edirlər: “Ən sonunculardan biri - əl ilə idarəetmə rejimində son dərəcə aşağı hündürlüklərdə uçuşdur”.

Beskrestnov deyib ki, Rusiya ordusu dronları cəmi bir neçə on metr yüksəklikdə buraxır. Bu cür uçuşlar çay yataqları, açıq düzənliklər və ərazidəki geniş çökəkliklər üzərində qeydə alınıb.

Bəxtiyar CƏFƏRLİ