Advertisment

CNN: Ballistik raketlər ABŞ və İran arasında əsas mübahisəyə çevrilib

İranın ballistik raketlərinin uçuş mənzilinin məhdudlaşdırılması tələbi ABŞ və İran arasında gərginliyin azaldılması səylərində əsas maneə olaraq qalır.

Herbiand.az bildirir ki, bu barədə CNN müzakirələrlə tanış mənbələrə istinadən xəbər verir.

Daha əvvəl The New York Times qəzeti ötən həftə baş verən danışıqlarda heç bir irəliləyiş əldə edilmədiyini bildirmişdi. Qəzetin məlumatına görə, Tehran prezident Donald Trampın tələblərini qəbul etməkdən imtina etməyə davam edir.

“Ən problemli məsələ... ABŞ-ın İranın ballistik raketlərinin mənzilini məhdudlaşdırmağa razılıq verməsi tələbi idi”, - məlumatda deyilir.

CNN qeyd edir ki, Tehran Vaşinqtonun tələbini rədd edib və yalnız nüvə proqramı ilə bağlı məsələləri müzakirə etməyə hazır olduğunu bildirib.

Bəxtiyar CƏFƏRLİ