Moskva meri Sergey Sobyanin bildirib ki, son aylarda paytaxtı hədəf alan pilotsuz uçuş aparatlarının (PUA) sayı kəskin artıb.
Onun sözlərinə görə, hazırda Rusiya ərazisinə yönələn dron hücumlarının təxminən üçdə ikisi Moskva istiqamətində həyata keçirilir.
"Son aylarda Moskvaya doğru uçan dronların sayı eksponensial şəkildə artıb. Demək olar ki, hər gün Rusiya ərazisinə edilən bütün hücumların üçdə ikisi paytaxtı hədəf alır", – deyə Sobyanin "Vesti" telekanalında TASS agentliyinin baş direktoru Andrey Kondraşova verdiyi müsahibədə bildirib.
Moskva meri son dövrlərdə hava hücumlarının intensivliyinin əhəmiyyətli dərəcədə artdığını vurğulasa da, dron hücumlarının dəqiq sayı və onların vurduğu ziyan barədə əlavə məlumat verməyib.