Advertisment

Rütte: NATO Ukrayna üçün təcili hava hücumundan müdafiə vasitələri axtarır

NATO-nun baş katibi Mark Rütte alyansa üzv ölkələrin Ukraynanın hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi istiqamətində fəaliyyətini koordinasiya etdiyini açıqlayıb.

"Reuters" agentliyinin məlumatına görə, Rütte bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi telefon danışığından sonra bildirib.

Onun sözlərinə görə, hazırda NATO müttəfiqləri ilə Ukraynanın təcili ehtiyac duyduğu hava hücumundan müdafiə sistemləri və digər zəruri vasitələrin qısa müddətdə təmin olunması imkanları müzakirə edilir.

Baş katib vurğulayıb ki, alyans ölkələri Kiyevin müdafiə qabiliyyətinin gücləndirilməsi məqsədilə zəruri hava hücumundan müdafiə vasitələrinin tapılması və çatdırılması istiqamətində birgə iş aparırlar.