Advertisment

Ərdoğanda Hörmüz boğazında yaranmış situasiyaya reaksiya

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hörmüz boğazından keçidin pulsuz və rüsumdan azad şəkildə həyata keçirilməsinin tərəfdarı olduğunu bildirib.

Ərdoğan bu fikirləri Qətərin “Əl-Cəzira” telekanalına müsahibəsində səsləndirib.

“İstəyərdik ki, Hörmüz boğazından keçid pulsuz və rüsumdan azad olaraq həyata keçirilsin”, – deyə Türkiyə lideri vurğulayıb.

Onun sözlərinə görə, belə bir yanaşma daha məqsədəuyğun və praktik olar, eyni zamanda qlobal gəmiçilik və beynəlxalq ticarətə müsbət təsir göstərə bilər.