Şəhid Milli Qəhrəman Şükür Həmidovun qızı Əzizə Həmidovanın toy mərasimi keçirilib.
Mərasimdə hərbçilər, dövlət rəsmiləri, generallar və tanınmış ictimai şəxslər iştirak ediblər.
Toyda Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev, Aprel döyüşləri və Vətən müharibəsinin komandanlarından general-leytenant Mayis Bərxudarov, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyev və digər qonaqlar iştirak edib.
Mərasimdən yayılan görüntülərdə Kərim Vəliyev, Mayis Bərxudarov və Abidin Fərzəliyevin toyda rəqs etdiyi əks olunub.