Şərqi Azərbaycan Hava Limanlarının baş direktoru Məhəmməd Əli Nael Karamaleki Təbriz–İrəvan aviareyslərinin yenidən həyata keçiriləcəyini açıqlayıb.
“Aftab News”a müsahibəsində o bildirib ki, uçuşlar “Poya Hava Yolları” tərəfindən həftədə iki dəfə – bazar ertəsi və cümə axşamı günləri yerinə yetiriləcək.
Onun sözlərinə görə, ilk reys cümə axşamı günü Təbriz Beynəlxalq Hava Limanından İrəvana həyata keçiriləcək.