Advertisment

Melikyan: “Suren Petrosyana sənədlərin verilməməsi qanun pozuntusudur”

Həbsdə olan Suren Petrosyana həbs sənədlərinin surətləri verilməyib.

Herbiand.az xəbər verir ki, bu barədə Suren Petrosyanın vəkili Ruben Melikyan öz Facebook səhifəsində paylaşım edib:

“Siyasətçi Suren Petrosyana baş çəkən deputatlar bildirdi ki, nə həbsi həyata keçirən orqan, nə polis, nə də qərar çıxaran müstəntiq ona həbslə bağlı sənədlərin, protokolların və qərarların surətlərini təqdim etməyib. Halbuki qanuna əsasən sənədlərin həbs edilmiş şəxsə təhvil verilməsi məcburidir. Ehtimal edirəm ki, orada başqa prosessual pozuntular baş verib”.

Qeyd edək ki, Suren Petrosyan Qazaxın 4 kəndinin Azərbaycana qaytarılmasına etiraz aksiyası keçirərkən saxlanılıb. Saxlanılan digər şəxslər sərbəst buraxılsa da, Suren Petrosyan azadllğa buraxılmayıb.

Suren Petrosyan həm də Nikol Paşinyanın əzəli və güclü rəqibi olub.

Emin ŞİRVANZADƏ