Rusiya Ukrayna sərhədi yaxınlığında pilotsuz uçuş aparatlarından istifadə etmək üçün yeni meydança inşa edib.
Herbiand.az bildirir ki, OSINT-in analitiki Bredi Afrik Ukrayna sərhədindən cəmi 35 km aralıda yerləşən Bryansk vilayətində Rusiyanın pilotsuz uçuş aparatlarının buraxılış bazasının yaradılması barədə məlumat verib.
Onun sözlərinə görə, tikinti yay aylarında aparılıb: “İyul ayında bu ərazi boş sahə idi. Lakin indi bura dronların buraxılış infrastrukturu ilə təchiz edilib”.
Bəxtiyar CƏFƏRLİ