Əziz oxucular!
Tanınmış ictimai-siyasi xadim, yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru, mərhum Sadıq Murtuzayev, publisist, Əməkdar hüquqşünas Müzəffər Ağazadə və yazıçı-rejissor, publisist-jurnalist, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu səmavi insanların, dünya dahilərinin və Azərbaycan mütəfəkkirlərinin on mindən çox kəlamlarını, sitatlarını, aforizmlərini toplayıb, tərcümə eləyib və “Sözdən yaranan incilər” adlı çox qalın bir kitabı çapa hazırlayırlar. Belə qərara gəldik ki, bu sayımızdan başlayaraq həmin kəlamları, sitatları, aforizmləri səhifələrimizdə çap edək. İnanırıq ki, sözdən yaran bu incilər sizin xoşunuza gələcək və onları öz yaddaşınıza köçürəcək, gündəliyinizə yazacaq, dostlarınızla, yaxınlarınızla bölüşəcəksiniz.
Çünki bu incilər, hər insana lazım olan ən qiymətli sözlərdir. Onun daha yaxşı, mükəmməl kamilləşməsi üçün əvəzsiz bir məktəbdir.
Redaksiyamızdan
NİZAMİ GƏNCƏVİ
(1141-1209-cu illər), şair və filosof
- Ürəkdən gələn söz ürəyə yeriyir.
- Sevənin gözləri kor olur.
- Elə olur ki, sevgi hiss olunmadan keçib gedir.
- Dostsuz günlər – acı fəlakətdir.
- Bəlanın böyüyü dostsuzluqdur.
- Sevincdənmi, kədərdənmi nəmlənib,
Gözlər o gözlərdir, yaş o yaş deyil.
Cəm gözəllik camalında cəmlənib,
Baxış o baxışdır, qaş o qaş deyil.
-Göydə ol, yerdə ol, fərqi yox bunun,
Torpaqsan, yenə də torpaqdır sonun.
-Kim tikan əkərsə, tikan dərəcək,
Kim nicat verərsə, nicat görəcək.
-Alimlə xoş rəftar etsən əgər sən,
Özün öz elmini aşkar edərsən.
-Səninlə biri xoş danışsa əgər,
Könüldən dinlə ki, bir xeyri dəyər.
-Bir cizgi naxışdan çıxırsa kənar,
Başqa cizgilər də bütün pozular.
-İnsan etsə əgər bir işə vərdiş,
Çətin olsa belə, görülər bu iş.
-İnsana arxadır onun kamalı,
Ağıldır hər kəsin dövləti, malı.
-Taxtın payəsini o qədər yüksəlt,
Yıxıldığın zaman çəkmə əziyyət.
-Ömür keçib gedəndi, dünya qalandı sənə,
Ülviyyətə sədaqət şərəfdi, şandı sənə.
-Öz halal zəhmətinlə namuslu insan sayıl,
Hər yetənə alçalma, əl açıb olma sail.
-Ağıl-kamal bəsləməz igidliyə ədavət,
Hümər də, igidlik də ədavətdir, ədavət.
-Xidmət etmək sayılır kişilikdən insana,
Xalqına xidmət etmək bir şərəfdir insana.
-Ömrümüzün günü sayılır bir-bir,
Eşqsiz keçən gün ölü deməkdir.
-Poladdan dağ olsa, yenə də inan,
Vurub parça-parça dağıdar insan.
-Yaxşılıq etməsən əgər insana,
Böyüklük şərəfi verilməz sana.
-Bir olsa yoldaşın, dostun əməli,
Daşdan su çıxardar onların əli.
-Dünya gedərgidir, dalınca getmə!
Qalmayacaq şeyə sitayiş etmə!
-Bir inci saflığı varsa da suda,
Çox içiləndə dərd verir o da.
Sülh, müharibə, ədalət və zülm haqqında
- Atəşi üfürsən alışıb yanar,
Onu suya bassan, sönər aşikar.
- Dünyaya fateh olmaz zülmkarlıq, rəzalət,
Yer üzünün fatehi ədalətdir, ədalət!
- Haqq sözü eşitmək istəməyənlər,
Ağlını itirib hədər ölərlər.
- Künc-bucaqda qalana sən bu qədər atma ox,
Yoxsulların ahından, qarğışından çəkin, qorx.
-Dünyanın işini yaxşı düşün sən,
Nə əksən, onu da sən biçəcəksən.
-Yaxşı iş də görsən, pis iş də, inan,
Unutmaz onları bu qoca dövran.
Hünər, cəsarət və mərdlik haqqında
- Nə üçün boynuna min yük alırsan?
Zalımın zülmündən məmnun qalırsan?
-Sən də süsən kimi ipəkdən olsan,
Səni saf torpaq da yaralar, inan!
-Zəlillik ürəyə ağrılar salar,
Zülmə dözənlərin sonu xar olar.
-İnsanı sarsıdar göz yaşı, nalə,
Ah çəkib, of edən yetməz kəmalə!
-İradəsiz olma, iradəsizlər,
Ayaqsız qurd kimi yerdə sürünər.
-Fil keçsin üstündən tapdalayaraq,
Xəsis adamlara əl açma ancaq.
-Mərd olmaq gərəkdir həyatda hər an,
Mərdliklərlə çatar arzuya insan.
-Evdə tək arpası olmayan bir kəs,
Yarım arpa qədər minnət götürməz.
-Heç qorxma acizə zülm edən kəsdən,
Yoxsa qul olarsan sən ona hökmən.
-Yüksəklərə ucaldar hünər, cəsarət səni,
Hünərsiz alçalarsan, tapar rəzalət səni.
-Böyüklə vuruşda insan ad alar,
Alçaqla vuruşda özü alçalar.
-Aman istəyincə qurbağalardan,
Balıq tək sulara tez qərq olarsan.
-Qanı çörəyinə yavanlıq etsən,
Papağı dik saxla, baş getsə əldən.
- Mərdə təmiz adı candan əfzəldir,
Ləkəli qalmaqdan ölüm gözəldir.
-Ovcumun içində olsa da belə,
Dikmərəm gözümü özgə mülkünə.
Dostluq və düşmənlik haqqında
-Ehtiyatsız bir quş düşərsə tora,
Başqa quşları da sürüklər ora.
-Dost qəlbi torpaqdır, ona toxunsan,
Əlin paklaşacaq bu toxunuşdan.
-Heç kimsəylə yola getmirsə bir kəs,
Ona bel bağlanıb bir iş görülməz.
-Ağıllılar bilir, tək yesə hər kəs,
Təklikdə də ölər, dost-aşna görməz.
-İstəyirsən evin salamat qala,
Evə yad adamı buraxma əsla.
Xalqa xidmət və xeyirxahlıq haqqında
-Bacarsan hamının yükünü sən çək,
İnsana ən böyük şərəfdir əmək.
-Yaxşılığı əzəldən adət etsən özünə,
O yaxşılıq hər yanda qapı açar üzünə.
- Belə misal çəkmiş aqil bir insan:
“Qurd girməz sürüyə yatmasa çoban”.
-Çalış öz xalqının işinə yara,
Geysin əməlinlə dünya zər-xara.
- Hünər ardınca qoş, xalqa xeyir saç,
Qapılar bağlama, ər ol, qapı aç.
-Səadət kamalla yetişər başa,
Xalqa xidmət elə, ədəblə yaşa.
-Bulud tək damcıyla su al dənizdən,
Verəndə bol-bol ver, əsirgəmədən.
-Eşqdir mehrabı uca göylərin,
Eşqsiz, ey dünya, nədir dəyərin?
-Bir elm öyrənmək istədikdə sən,
Çalış ki, hər şeyi kamil biləsən.
Kamil bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan.
***
ÖMƏR XƏYYAM
(1048-1123-cü illər), şair və filosof
- Səbr etmək gözəl keyfiyyətdir. Amma uzun müddət səbr etmək üçün həyat həddən artıq qısadır.
- Ağıllı adam səhvini hər zaman düzəldə bilər. Səhef isə öz səhvini düzəltmək qabiliyyətinə də malik deyil.
- Kobudluq və təkəbbürlü olmaq münasibətləri korlayır. Birinci hal ayrılmağa gətirib çıxarır, ikincisi, bacarığa mane olur.
- Bu dünyada sevgi və ölümdən başqa hər şeyi axtarmaq olar. Vaxtı çatanda onlar da özləri sənə çatacaqlar.
- Sən dünyaya lüt gəlmisən, dünyadan lüt də gedəcəksən. Doğulanda aciz olduğun kimi, öləndə də aciz olacaqsan. Dünyaya pulsuz, əşyasız gəlmisən, dünyanı elə də tərk edəcəksən. Dünyaya gələndə səni yuyub paltara bükürlər, axırıncı çimməyin də elə olacaq. Bax, insan budur! Elə isə nə üçün bu qədər acgöz, pislik etməyə meyillisən?
- Mərd adam adətən şikayət etmədən əzab çəkir, zəif adam isə əksinə, əzab çəkmədən şikayətlənir.
- Hamı çox yaşamaq istəyir, amma heç kim qocalmaq istəmir.
- Adamlara yaxşılıq edəndə, yaxşı adamlar bunu qiymətləndirir, biganələr unudur, həyasızlar isə daha da həyasızlaşır.
- Pis dostu olmaqdansa tək yaşamaq yaxşıdır.
- Kiminlə gəldi yoldaşlıq etməkdənsə, tənha yaşamaq yaxşıdır.
- Kədər olsun o duyaya ki, orada yandırıcı eşq yoxdur. Sevgi əzabı olmayan yerdə sevinc xəyalları da olmaz. Sevgisiz keçən gün hədərdir. Bəhrəsiz gündən daha tutqun və daha sıxıcı gün ola bilməz.
- Xilqətin başlıca mehvəriyik biz,
Dərk etsən, bəsirət gövhəriyik biz.
Cahan dairəsi qızıl bir üzük,
Onun ən dəyərli gövhəriyik biz.
***
SƏDİ ŞİRAZİ
(1203, 1210 arası – 1292-ci illər), şair
Xoşdur yaraları, xoşdur məlhəmi.
Yetişdirə bilməz bəxtiyar nəsil.
O qədər ac qalma can əldən getsin.
Qənaət eyləsən varın azalmaz.
Günəşin əksilməz bundan atəşi.
Nadansan əməlin olmasa əgər.
Onda nə elm olar, nə sənət, hünər.
Şam dilindən yanar, sovrular bada.
Kim tikan əkibsə, dərməz yasəmən.
Məsləhət zamanı danışmaq gərək.
Yersiz susmaq ilə yersiz söz demək.
Böyücək məhv etdi öz ağasını.
Nə ki, pis olasan “yaxşı” desinlər.
Ağac gah geyimli, gah da üryandır.
Çünki qaranlıqdadır o dirilik suyu da.
O qədər danışma “bəsdir” desinlər.
Xoşdur, namərdliklə qoyub qaçmaqdan.
Çalış yaxşılıqla düşəsən yada.
Uzun danışandan qaç, həzər eylə.
Bir ox at, hədəfdən getməsin əyri.
Səbr acı olsa da şirin bar verər.
Yazan özü bilər, kağızda nə var.
Görmədim düz yolda yolunu azan.
Təkcə öz halına qalma dünyada.
Olsan da yüz elə şəxsə bərabər.
Sədi Şirazidən soruşanda ki, “elmdə bu dərəcəyə necə çatdın?”
Cavab verir: - Heç vaxt bilmədiyim şeyi soruşmaqdan utanmadım.
(Ardı var)