İsveçrə Ukraynadan olan qaçqınlara S müdafiə statusunun (uzun prosedurlar olmadan sürətli sığınacaq) verilməsi qaydalarına yenidən baxıb.
Bu, ən azı 2027-ci ilin mart ayının əvvəlinə qədər qüvvədə qalacaq. Lakin indi ərizə verənlər ölkəyə gəldikləri bölgədən asılı olaraq fərqli qiymətləndiriləcəklər.
Herbiand.az bu barədə Swissinfo-ya istinadən bildirir.
Qeyd edilib ki, İsveçrə parlamenti müvəqqəti mühafizə verilərkən Ukraynanın bölgələri arasında fərq qoyulmasını tələb edib. Volın, Rivne, Lvov, Ternopol, İvano-Frankivsk və Çernovetsi bölgələrinə, eləcə də Zakarpatyeyə qayıtmaq indi məqbul sayılır. Buna görə də, S müdafiə statusu bu bölgələrdən olan şəxslərə məhdudlaşdırılacaq.
İsveçrə parlamentinin planına əsasən, bundan sonra S statusu yalnız son yaşayış yeri Rusiya qoşunları tərəfindən işğal olunmuş Ukraynanın rayonlarından birində və ya müharibə zonalarında olan şəxslərə veriləcək. Yeni qayda noyabrın 1-dən qüvvəyə minəcək. Ancaq S statusu almış əvvəlki şəxslər bu məhdudiyyətə düşməyəcəklər.
Bundan əlavə, yeni qaydalara əsasən S müdafiə statusu almayan ukraynalılar sığınacaq üçün müraciət edə bilərlər. İsveçrə hökuməti S müdafiə statusunu 4 mart 2027-ci ilə qədər uzatmaq niyyətindədir.
Bəxtiyar CƏFƏRLİ