Advertisment

ADA Universitetində müasir publisistikanın yeni narrativləri və aktual trendləri mövzusunda təlim keçirilib

Dekabrın 9-da Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə “Storytelling: müasir publisistikanın yeni narrativləri və aktual trendləri” mövzusunda təlim keçirilib.

Herbiand.az xəbər verir ki, seminarda Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli publisistik üslubun xüsusiyyətləri mövzusunda çıxış edib.

Tədbir çərçivəsində, həmçinin storytelling: mediada istifadə formaları, ənənəvi və yeni yazı üsulları, narrativ nəzəriyyəsi: prinsipləri və istiqamətləri, vörkşop: nəzəri biliklərin möhkəmləndirilməsi müzakirə olunub.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

Təlim dekabrın 10-dək davam edəcək.