Asiya-Sakit okean regionunda getdikcə daha çox NATO-ya bənzər birliklər yaranır və Rusiya üçün təhlükə yaradır.
Herbiand.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu jurnalistlərə bildirib.
O qeyd edib ki, regionda müxtəlif mənbələrdə “kiçik həndəsələr” və ya “kiçik formalar” adlandırılan strukturlar yaranır: “Mən onları bir qədər kobud şəkildə də olsa, “NATO-nun şərq rüşeymləri” adlandırardım. Belə birliklər tədricən regionda vəziyyəti pisləşdirən istiqamətdə formalaşır və həm ASEAN, həm də Rusiya üçün əlavə risklər yaradaraq inkişaf edir”.
Şoyqu həmçinin vurğulayıb ki, Moskva ASEAN-ı qoruyub saxlamaqda və təşkilatla mövcud qarşılıqlı fəaliyyət səviyyəsini saxlamaqda maraqlıdır.
Bəxtiyar CƏFƏRLİ