Advertisment

Mertsdən Zelenskiyə tələb: “Ukraynalıların Avropaya köçməsini dayandır”

Almaniya kansleri Fridrix Merts Ukrayna prezidenti Vladimir Zelenskidən ukraynalıların Avropaya köçməsini dayandırmasını tələb edib.

Herbiand.az bildirir ki, bu barədə N-tv yazıb.

Kansler tələb edib ki, gənc Ukrayna vətəndaşlarının öz ölkələrində hərbi xidmət keçmələri təmin olunsun: “Ukrayna buna zəmanət verməlidir ki, gənclər Almaniya, Polşa və ya Fransaya getməsinlər”.

Ukrayna son zamanlar Silahlı Qüvvələrdə kadr çatışmazlığı ilə üzləşir. Hərbi çağırış işçilərinin zorakı hərəkətləri qalmaqallara və etirazlara səbəb olur. İnternetdə məcburi səfərbərlik videoları geniş yayılıb. Ukraynada hərbi xidmət yaşına çatmış kişilər çağırışdan yayınmaq üçün əllərindən gələni edirlər: qanunsuz olaraq ölkədən qaçırlar, hərbi çağırış ofislərini yandırırlar, evlərində gizlənir və küçəyə çıxmırlar.

Bəxtiyar CƏFƏRLİ