QIRĞIZISTANA
Qəlbimi açaraq mən durnalara,
Salam göndərirəm uzaq diyara.
Bizlərə dost olan cənnət məkana,
Ulu türk yurduna, Qırğızıstana.
Əhatə olunub yüksək dağlarla,
Bol sulu çaylarla, yaşıllıqlarla.
İssıkkul gölünə çıx tamaşaya,
Gözəllik yaraşır Qırğızıstana.
Yurdu, yuvasıdır alaçıqları,
Bayrağa həkk olub tündük naxışı.
Vurğunam günəşli al bayrağına,
Azadlıq bəxş edir Qırğızıstana.
Qırğız qardaşımın şöhrəti, şanı,
Tarixə yazılan “Manas” dastanı.
Əbədi qürurdur elə, obaya,
İgidlər diyarı Qırğızıstana.
Doğmaca qardaşdır Bişkeklə Bakı,
Bir kökdən qaynayır onların qanı.
Hər zaman əzizdir Azərbaycana,
Ürəkdən bağlıyıq Qırğızıstana.
Anar ƏHMƏDOV
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
DİN-in Daxili Qoşunlarının “Əsgər”
qəzetinin redaktoru, mayor