Advertisment

Bu il Ermənistanda 7 dəfə təlim toplanışları olacaq

2026-cı ildə Ermənistanda 7 dəfə  təlim toplanışların keçirilməsi nəzərdə tutulur.

Herbiand.az xəbər verior ki, bu sabah hökumətin iclasında müzakirə olunacaq qərar layihəsində əksini tapıb.

Layihəyə görə, “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanunun 58-ci maddəsinin 2-ci hissəsini rəhbər tutaraq, Ermənistan hökuməti qərar verəcək.

İl ərzində ehtiyatda olanların birinci qrupunun birinci və ikinci kateqoriyalarında qeydiyyatda olan sıravi, gizir və zabit heyətinə aid ehtiyatda olanlar üçün təlim toplanışları aşağıdaki qrafiklə rallaşdırılacaq:

1) 2026-cı il fevralın 3-dən aprelın 10-dək,

2) 2026-cı il martın 31-dən iyunun 19-dək,

3) 2026-cı il aprelin 15-dən iyulun 15-dək,

4) 2026-cı il iyunun 9-dan avqustun 14-dək,

5) 2026-cı il avqustun 4-dən oktyabrın 9-dək,

6) 2026-cı il sentyabrın 15-dən dekabrın 15-dək,

7) 2026-cı il sentyabrın 29-dan noyabrın 20-dək.