Advertisment

"Azərbaycandan Ermənistana premium, adi benzin və dizel yanacağı gətiriləcək"

Azərbaycandan Ermənistana gətirilən növbəti yanacaq premium, adi benzin və dizel yanacağı olacaq.

Bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bildirib.

Nazir qeyd edib ki, Azərbaycan şirkətlərindən tədarük olunan yanacağın qiyməti bazar qiymətindən 80 dram aşağı olacaq.

Bildirilir ki, bu dəfə Azərbaycandan Ermənistana hərəsi min ton olmaqla Aİ-92 markalı benzin, dizel və 1800 ton AI-95 markalı benzin tədarük olunacaq.