Advertisment

“Delimitasiya prosesi üzərində aktiv iş gedir” - Paşinyan

Delimitasiya prosesi üzərində aktiv iş gedir.

Herbiand.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərlə söhbətində bildirib.

Paşinyan təkrar edib ki, delimitasiya prosesi Alma-Ata Bəyannaməsinə əsasən Ermənistan və Azərbaycan arasında sərhədin tənzimlənməsinə yönəlib: “Hazırda iş prosesi gedir, delimitasiya davam edəcək, lakin hər şey necə deyərlər yerdə baş vermir. Torpaq üzərindəki proses də davam edəcək, çünki ən azı TRIPP layihəsi çərçivəsində sərhədlər demarkasiya olunmalıdır ki, kommunikasiyalar işləməyə başlasın”.

Baş nazir əlavə edib ki, Ermənistan və Azərbaycan arasında bir çox suallar var ki, bunlar sülh prosesi çərçivəsində həll olunmalıdır.

Bəxtiyar CƏFƏRLİ