Advertisment

Rusiya XİN xəbərdarlıq edib: Qərbin Ukraynaya yerləşdiriləcək hərbi qüvvələri qanuni hədəf sayılacaq

Qərb hərbi bölmələrinin, hərbi obyektlərinin və digər infrastrukturlarının Ukraynada yerləşdirilməsi təhlükəsizliyə birbaşa təhdid yaradan xarici müdaxilə hesab ediləcək və Rusiya ordusunun qanuni hədəflərinə çevriləcək.

Herbiand.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, Rusiya XİN rəsmi olaraq xəbərdarlıq edir ki, Qərb hərbi bölmələrinin, hərbi obyektlərinin, anbarlarının və digər infrastrukturlarının Ukraynada yerləşdirilməsi təkcə Rusiyanın deyil, həm də digər Avropa ölkələrinin təhlükəsizliyinə birbaşa təhdid yaradan xarici müdaxilə hesab ediləcək.

Zaxarova vurğulayıb ki, 6 yanvarda Parisdə "İstəklilər Koalisiyası” tərəfindən imzalanan Ukrayna üçün Təhlükəsizlik Zəmanətləri Bəyannaməsi sülhə nail olmağa deyil, münaqişənin hərbiləşdirilməsini və eskalasiyasını davam etdirməyə yönəlib: “Bəyannamənin əsas elementi Ukrayna ərazisində "çoxmillətli qüvvələrin" yerləşdirilməsidir. Rusiya Xarici İşlər Nazirliyi xəbərdarlıq edir ki, Qərb hərbi obyektlərinin Ukrayna ərazisində yerləşdirilməsi xarici müdaxilə kimi təsnif ediləcək və Rusiyanın və digər Avropa ölkələrinin təhlükəsizliyinə birbaşa təhdid yaradacaq. Bütün bu cür obyektlər Rusiya silahlı qüvvələri üçün qanuni döyüş hədəfləri hesab ediləcək”.

O qeyd edib ki, münaqişənin sülh yolu ilə həlli yalnız əsas səbəblər aradan qaldırıldığı, Ukraynanın neytral, bitərəf statusa qayıtdığı, demilitarizasiya və denazizasiyaya məruz qaldığı və digər məsələlər həllini tapdığı təqdirdə mümkündür.