Ukraynanın təhlükəsizlik təminatları barədə ikitərəfli sənəd ABŞ prezidenti ilə birgə yekunlaşmağa hazırdır.
Bunu Ukrayna prezidenti Volodimir Zelenski özünün “X” hesabında yazıb.
“Rustem Omerov dünən bizim komandamızın Fransada apardığı danışıqlarla bağlı mənə məruzə etdi. Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı ikitərəfli sənəd ABŞ prezidenti ilə ən yüksək səviyyədə yekunlaşdırılmağa hazırdır”,- Zelenski qeyd edib.
O əlavə edib ki, danışıqlarda yenidənqurma işləri və iqtisadi inkişaf da daxil olmaqla sadə məsələlərdən ən mürəkkəb məsələlərə qədər ətraflı fikir mübadiləsi aparılıb.
“Ukraynaya sözügedən sənədi yekunlaşdırmaq üçün seçimlər təqdim olunub. Kiyevə qayıtdıqdan sonra, Ukrayna nümayəndə heyəti keçirilən görüşlərin bütün detalları barədə məlumat verəcəklər”,- Ukrayna lideri bildirib.