Yanvarın 8-i axşam saatlarından etibarən Ukrayna paytaxtına PUA və raketlərlə hücum olub.
Herbiand.az Ukrayna mənbələrinə istinadən xəbər verir ki, Şəhər meri Vitali Kliçko dörd nəfərin öldüyünü, 13 nəfərin yaralandığını bildirib.
Şəhər infrastrukturuna da ziyan dəyib. Kiyevdə su təchizatında fasilələr yaranıb.
Son məlumata görə, xəsarət alanların sayı 16 nəfərə çatıb.