Advertisment

Tramp İrandakı etirazçılara müraciət etdi: MÖHKƏM DURUN!

ABŞ prezidenti Donald Tramp İrandakı etirazçılara müraciət edib.

Tramp radio aparıcısı Hyu Hevitə müsahibəsində deyib:

"Deyə biləcəyim tək şey odur ki, azadlığa olan inancınızda möhkəm durmalısınız. Azadlıqdan yaxşı heç nə yoxdur. Siz cəsur insanlarsınız. Bu hadisələrin sizin ölkənizdə baş verməsi çox təəssüf doğurur. Sizin ölkəniz əla bir ölkə idi".

Tramp həmçinin illər əvvəl, gənc inşaatçı ikən dostlarının İrana gedib orada binalar tikdiyini və bu binaların indi də durduğunu xatırlayıb.