Advertisment

Hindistanda Rusiyanın “Superjet” təyyarələri istehsal ediləcək

Rusiyanın “Birləşmiş Təyyarə Korporasiyası” (“Rostex”-in bir hissəsi) və Hindustan Aeronautics Limited şirkətləri Hindistanda SuperJet 100 təyyarələrinin istehsalında əməkdaşlığı tənzimləyən birgə müəssisə müqaviləsi imzalayıblar.

Herbiand.az Korporasiyanın mətbuat xidmətinə istinadən bildirir ki, müqavilə tərəflər arasında Hindistanda “Superjetl”ərin lisenziyalı istehsalının qurulması layihəsi üzrə gələcək əməkdaşlıq üçün əsas olacaq.

Korporasiya öz növbəsində, Hindistan şirkətinə SJ-100 təyyarəsinin istehsalı üçün müəssisələrin təşkili və yenidən təchiz edilməsində konsaltinq, dizayn xidmətləri və mütəxəssis iştirakı vasitəsilə kömək edəcək.

Rusiya 2022-ci ilə qədər beynəlxalq əməkdaşlıq yolu ilə hazırlanmış “Superjet” təyyarələrini kütləvi şəkildə istehsal edirdi. Lakin Qərbin sanksiyalarına görə layihə dayandırıldı. 2026-cı ildə təyyarənin idxal əvəzedici versiyasının istehsalına başlanacağı gözlənilir.

Bəxtiyar CƏFƏRLİ