Advertisment

Kadırov Rusiya ilə Ukrayna arasında danışıqlara qarşıdır

Çeçenistan lideri Ramzan Kadırov Rusiya ilə Ukrayna arasında danışıqlarla bağlı mövqeyini bildirib.

Herbiand.az bildirir ki, bu barədə “Вы слушали Маяк” Telegram kanalı məlumat verib.

Kadırov Rusiya prezidenti Vladimir Putin və BƏƏ-dən olan həmkarı Şeyx Məhəmməd bin Zayed Əl Nəhayan arasında danışıqlarda iştirak etmək üçün yanvarın 29-da Kremlə gəlib.

O bildirib ki, xüsusi hərbi əməliyyatı sona qədər başa çatdırmaq lazımdır: “Görülən hər şeydən sonra danışıqlar... Mən danışıqlara qarşıyam”.

Bəxtiyar CƏFƏRLİ