Bir qrup rus alimi dolu buludları ilə mübarizə aparmaq üçün raket hazırlayıb.
Herbiand.az bildirir ki, bu barədə RİA Novosti agentliyi Rospatent elektron məlumat bazasını öyrəndikdən sonra aşkar edib.
Sənəddə deyilir ki, ixtira atmosfer şəraitini dəyişdirən cihazlara, daha dəqiq desək, dolu buludlarına aktiv təsir göstərmək, dolu fırtınalarının qarşısını almaq və yağıntılara səbəb olmaq üçün hazırlanmış meteoroloji dolu əleyhinə raketlərə aiddir.
Bəxtiyar CƏFƏRLİ