Advertisment

Zelenski: Avropa İttifaqının ballistik raketdən müdafiə sisteminə ehtiyacı var

Avropa özünün ballistik raket müdafiə sistemini yaratmalıdır.

Herbiand.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bunu bazar günü, 19 apreldə "Edinye Novosti" telemarafonu zamanı bildirib.

Onun sözlərinə görə, Ukrayna artıq bir neçə Avropa ölkəsi ilə belə bir sistemin hazırlanması üçün danışıqlar aparır və ölkənin Rusiya ilə müdafiə müharibəsindəki təcrübəsini nəzərə alır. Zelenski hansı ölkələrlə danışıqlar apardığını dəqiqləşdirmədən bunun "son dərəcə mürəkkəb, lakin real bir vəzifə" olduğunu vurğulayıb.

Reuters agentliyi Rusiya ballistik raket zərbələrinə qarşı müdafiəni Ukraynanın üzləşdiyi ən ciddi çətinliklərdən biri adandırıb. Rusiya bu tip silahlarla ölkənin enerji obyektlərini qəsdən hədəf alır.

Hazırda yalnız Amerikanın Patriot hava hücumundan müdafiə sistemi bu cür hücumları dəf edə bilir. ABŞ və İsrailin İranla müharibəsi və bu raketlərin Fars körfəzində aktiv istifadəsi nəzərə alınmaqla, onları almaq getdikcə çətinləşir.

Reuters agentliyinin yazdığına görə, "Patriot"un alternativi olan Fransa-İtaliya SAMP/T hava hücumundan müdafiə sistemi hazırda nisbətən az miqdarda istehsal olunur və tələbatı ödəyə bilmir.