Rusiya Silahlı Qüvvələrinin 6 iyulda Kiyevə etdiyi kütləvi hava hücumundan sonra Almaniyanın DRF Luftrettung tibbi özəl hərbi şirkətinə məxsus Learjet 35A tibbi təyyarəsi yenidən Polşanın Jeşuv hava limanından uçarkən görülüb.
Herbiand.az bildirir ki, təyyarə "uçan reanimasiya" kimi tanınır.
Ukrayna ərazisindən kimin daşındığı hələlik məlum deyil. Lakin bu uçuşlar üçün dəqiq marşrut izlənilə bilər. Təyyarə əvvəlcə Karlsrue/Baden-Badendəki bazasından yola düşür, sonra Jeşuvda eniş edir. Bundan sonra Ukraynadan xəstələri götürür və onları ağır xəsarətlərdən sonra müalicə və reabilitasiya üçün Almaniyadakı və digər Avropa ölkələrindəki ixtisaslaşmış klinikalara çatdırır.
Bəxtiyar CƏFƏRLİ