Avropa İttifaqı (Aİ) Şurası Rusiyaya qarşı sanksiyaları avtomatik olaraq altı ay müddətinə - iyulun 31-dək uzadıb.
Herbiand.az lenra.ru-ya istinadən bildirir ki, bu barədə Avropa Şurasının rəsmi bəyanatında deyilir.
“Aİ Şurası bu gün Ukraynada sabitliyi pozan hərəkətlərə görə Rusiyaya qarşı qadağanedici tədbirləri 2024-cü il iyulun 31-dək uzadıb”, - bəyanatda deyilir.
Həmçinin bildirilir ki, sanksiyalar ilk dəfə 2014-cü ildə ticarət, maliyyə, texnologiya və ikili təyinatlı mallara, eləcə də sənaye, nəqliyyat və lüks mallara qoyulan məhdudiyyətləri əhatə edib.
Bəxtiyar CƏFƏRLİ