Advertisment

BMT Fars körfəzində təxminən 2000 gəminin blokadaya düşdüyünü bildirib

ABŞ və İsrailin İrana qarşı müharibəsi səbəbindən Fars körfəzində göyərtəsində 20000 dənizçinin olduğu təxminən 2000 gəmi blokadaya düşüb.

Herbiand.az xəbər verir ki,  bunu "El Pais"ə verdiyi müsahibədə BMT-nin Beynəlxalq Dəniz Təşkilatının baş katibi Arsenio Dominguez bildirib.

O, Hörmüz boğazındakı vəziyyətlə bağlı durumu kritik adlandırıb, "xüsusən də Fars körfəzində təxminən 2000 gəminin göyərtəsində olan və keçə bilmədikləri 20000 heyət üzvü üçün". O əlavə edib ki, vəziyyət uzandıqca qida, su və yanacaq çatışmazlığı yarandığı üçün bu, narahatedicidir.

"Region ölkələri dənizçilərə lazım olduqda tibbi yardım da daxil olmaqla, bütün mümkün yardımı göstərir", - deyə rəsmi bildirib.

Dominguezdən münaqişə həll edildikdən sonra gəmilərin geri çəkilməsi ilə bağlı tədbirlər barədə soruşulub. Onun sözlərinə görə, regional ölkələr, xüsusən də İran və Omanla bir plan müzakirə olunur. Gəmilərin təxliyəsi bir neçə həftə çəkəcək, lakin bundan əvvəl mina təhlükəsinin olmadığından əmin olmaq lazımdır. "Sonra hər gün Hörmüz boğazından keçən təxminən 130-135 gəmi ilə normal əməliyyatlara qayıdacağıq".

O, hazırda ərazidə minaların olması ilə bağlı rəsmi təsdiqinin olmadığını qeyd edib.