İrana qarşı müharibə ilə əlaqədar ABŞ-ın Yaxın Şərqə göndərdiyi USS Tripoli desant və USS Abraham Lincoln təyyarədaşıyan gəmilərinin ekipajları qida çatışmazlığı və keyfiyyətsiz yeməklərlə qarşılaşıblar.
Herbiand.az bildirir ki, bu barədə USA Today nəşri məlumat verib.
Nəşr hərbçi ailələrinə istinadən bildirir ki, gəmilərdə qida ehtiyatı azalır: təzə meyvə və tərəvəz yoxdur, porsiyalar azalır, menyu isə əsasən təkrar emal olunmuş qidalardan ibarətdir.
Hər iki gəmi İrana qarşı hərbi əməliyyatın bir hissəsi olaraq bölgəyə göndərilən ABŞ Hərbi Dəniz Qüvvələrinin xüsusi qrupunun bir hissəsidir. Bundan başqa, USS Gerald Ford təyyarədaşıyan gəmi hazırda ərazidədir, USS George H.W. Bush gəmisi isə onlara qoşulmaq üçün yola düşüb.
Bəxtiyar CƏFƏRLİ