Ermənistan Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə görüşüblər.
Herbiand.az-ın xəbərinə görə, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Keçirilən görüşdə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi müzakirə edilib. Nikol Paşinyan və Şarl Mişel Azərbaycan və Ermənistan liderlərinin danışıqları zamanı əldə olunmuş razılaşmaların yerinə yetirilməsinin vacib olduğunu bildiriblər. Bu razılaşmalara əsasən, sərhədlərin delimitasiya və demarkasiyası Almatı Bəyannaməsinə əsasən həyata keçirilməlidir.