Advertisment

"Azərbaycan texnologiya rəqabətliliyində liderliyə iddialıdır" - Mikayıl Cabbarov

Azərbaycan texnologiya rəqabətliliyində liderliyə iddialıdır.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "PAŞA Holdinq" MMC-nin təşkilatçılığı ilə Bakıda keçirilən "INMerge" İnnovasiya Sammitində bildirib.

Nazir qeyd edib ki, Azərbaycan innovasiyalar və texnologiyalar sahəsində rəqabətliliyi artırmaq istiqamətində ciddi addımlar atır: "Biz müasir iqtisadiyyatı inkişaf etdirərək neft-qaz asılılığını minimuma endiririk".