Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyənin C-130 hərbi nəqliyyat təyyarəsinin qəzaya uğramasının səbəblərini araşdırmaq üçün beynəlxalq istintaq qərargahı yaradılıb.
Herbiand.az xəbər verir ki, bunu Gürcüstanın daxili işlər naziri Gela Geladze deyib.
Nazirin sözlərinə görə, hadisə yerində bütün gecə türkiyəli mütəxəssislər çalışıb, istintaq eksperimentlərinə baxış keçirilib.