Advertisment

“Britaniya ehtiyatda olan minlərlə əsgərin məlumatlarını itirib” - NATO-nun keçmiş baş katibi

Böyük Britaniya Müdafiə Nazirliyi münaqişə baş verəcəyi halda çağırılması planlaşdırılan 10 minlərlə ehtiyatda olan əsgərin əlaqə məlumatlarını itirib.

Herbiand.az xəbər verir ki, bu barədə NATO-nun keçmiş baş katibi Corc Robertson (1999-2003-cü illər) The Guardian qəzetinə verdiyi müsahibədə bildirib.

“İcmalda strateji ehtiyatdan, yəni silahlı qüvvələrdə xidmət etmiş və aktiv öhdəlikləri olan bütün insanlardan bəhs olunur. Lakin Müdafiə Nazirliyi hazırda onların əksəriyyətinin harada olduğunu belə bilmir”, - keçmiş baş katib deyib.

Bəxtiyar CƏFƏRLİ