İtaliyanın Piza Universitetinin tələbələri ən böyük kağız təyyarəsi olan "İkar"ı havaya qaldıraraq dünya rekordu qırıblar.
Herbiand.az bildirir ki, təyyarənin qanadlarının uzunluğu 20,04 metr.
Çəkisi 30 kiloqram olan konstruksiya kağız və xüsusi yapışqandan hazırlanıb. Layihə bloqer Yakopo D'Alezio tərəfindən ilhamlanıb.
Təyyarə Bolonyada havaya qaldırılarkən rekord qırmaq üçün tələb olunan minimumdan təxminən dörd dəfə çox olan 59 metr məsafə qət edərək “Ginnesin Rekordlar Kitabı”na daxil edilib.
Bəxtiyar CƏFƏRLİ